Təsvir
Bu vasitə minik və yük avtomobilləri üçün təmas etmədən yumağa uyğunlaşdırılmış konsentratlaşdırılmış qələvi tərkibli təmizləyici vasitədir.Yol çirklərini, tozu, yağı, həşərat izlərini effektiv şəkildə təmizləyir. Asanlıqla yuyulur və səthdə iz buraxmır.
Tərkibi
≥30% təmizlənmiş su
≥5%, <15% anion səthi aktiv maddələr
<5%: qeyri-ion səthi aktiv maddələr, EDTA duzu, natrium hidroksid, boyaq
İstifadə Qaydası
1. Vasitə istifadədən əvvəl su ilə aşağıdakı nisbətlərdə qarışdırılmalıdır:
Peno komplekt üçün: 1:5–1:10 (90–170 g/l)
Peno generator üçün: 1:60–1:120 (8–25 g/l, 25/50/100 L-lik tutumlara görə)Seçim avtomobilin çirklənmə dərəcəsinə əsasən aparılmalıdır.
2. Avtomobilin kuzovu soyudulmalı, lazım gəldikdə üzərindəki iri çirk təbəqəsi əvvəlcədən yuyulmalıdır.
3. Hazırlanmış qarışıq aşağıdan yuxarıya doğru tətbiq olunmalıdır ki, axıntılar və ləkələr əmələ gəlməsin.
4. 1–2 dəqiqə gözlədikdən sonra (qurumasına imkan vermədən!) yaxın məsafədən (15–20 sm) yüksək təzyiqli su ilə aşağıdan yuxarıya doğru yaxalama aparılmalıdır.