Fərqli səthlərdən yapışqan, etiketlər, plyonka və marker izlərini tez və effektiv təmizləyən vasitə.
Ətraflı təsvir:
Tez təsir edən sintetik təmizləyici vasitə. Fərqli səthlərdəki yapışqan qalığını, yapışqan lentləri, etiketləri, tonlama və qoruyucu plyonkaları effektiv şəkildə aradan qaldırır. Boya, plastik, şüşə və keramika səthlər üçün təhlükəsizdir. Köhnə etiketləri, yapışqan lentləri, skotç və plyonkaları tez və effektiv təmizləyir. Daimi marker və flomaster izlərini çıxarır. Avtomobil və ev istifadəsi üçün uyğundur.
Tərkibi:
Alifatik karbohidrogenlər >30%; propilen qlikol efiri 5-15%; D-Limonen <5%; karbohidrogen propelent…
İstifadə qaydası:
Balonu yaxşıca çalxalayın.
Məhsulu etiket, stikər və ya yapışqan izinin üzərinə bolca püskürdün.
Təxminən 1 dəqiqə saxlayın və sonra stikeri diqqətlə çıxarın.
Qalan yapışqanı rezin skreber və ya quru dəsmal ilə təmizləyin.
Lazım gələrsə proseduru təkrarlayın. Ən yaxşı nəticə üçün +5˚C-dən yuxarı temperaturda istifadə edin