Acid gel cleaner for removing limescale, rust and bathroom stains.
Turşulu təmizləyici vasitə unitazların, fayans və kafel səthlərinin əhəng çöküntüsü, pas izləri və duz qalıqlarından təmizlənməsi üçün nəzərdə tutulmuşdur. Xoşagəlməz qoxuları aradan qaldırır və mikrobları məhv edir. Gel formulu sayəsində qənaətli istifadə olunur və şaquli səthlərdə uzun müddət təsir göstərir.
Tərkibi (AZ): ≥30% su; ≥5%, lakin <15%: xlorid turşusu; <5%: qeyri-ion səthi-aktiv maddələr, ətirverici qatqı, boyaq.
İstifadə qaydası (AZ): Vasitəni səthə tətbiq edin, 5–10 dəqiqə saxlayın, fırça və ya süngərlə təmizləyib su ilə yuyun. Lazım olduqda təkrar edin. Yalnız təyinatı üzrə istifadə edin.